Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan gənclərini təbrik edib
Təbrikdə deyilir:

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ölkəmizin gənclərini səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycanın tərəqqisi naminə onlara böyük nailiyyətlər arzulayıram!

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin gənclər siyasəti bu gün Azərbaycan gəncliyinin inkişafında əhəmiyyətli rol oynamaqdadır.

Dövlətimizin başçısı cənab İlham Əliyevin gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamları gənclərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunun bariz nümunəsidir.

Fəxarətlə deyə bilərik ki, Azərbaycan gənclərinin qazandığı uğurlar dünyaya səs salmaqdadır. Bütün sahələrdə, o cümlədən idman, təhsil, incəsənət və digər sahələrdə gənclərimiz dünya miqyasında böyük nailiyyətlər əldə edirlər.

Artıq ikinci ildir ki, gənclərimiz öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi döyüş ruhu, vətənpərvərlik, qəhramanlıq dünya gənclərinə nümunə oldu.

Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə həmişə fəal dəstək verir, gənclərlə bağlı bir sıra layihələr həyata keçirir. Gənclərimiz də həmkarlar ittifaqlarının fəaliyyətində mühüm rol oynayır, inkişafına əhəmiyyətli töhfələr verir.

Bu gün Azərbaycan gəncliyi dövlətimizin hərtərəfli inkişafında yaxından iştirak edir, dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək parlaq gələcəyə doğru inamla irəliləyir.

Azərbaycan gəncləri, Sizi ürəkdən təbrik edirəm! Bayramınız mübarək”.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo